Faciəli şəkildə həyatını itirən Aylinin görüntüsü - FOTO
Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib.
Kanal.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin sosial media hesabında paylaşım edilib. O universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi.
Qeyd edək ki, A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb./mynews.az
- Gündəm
- 17 Yanvar 2025