Evə çağırdığı oğlan həyatını alt-üst etdi - Səhər ayılanda gördüm ki... / Abşerondakı olayın təfərrüatları
Abşeron rayonunda 2003-cü il təvəllüdlü İntiqam sevgi münasibətində olduğu 2005-ci il təvəllüdlü Aytən (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Kanal.az xəbər verir ki, İntiqam 2020-ci ilin avqustun 1-dən Aytənin yaşadığı evə gedib. Onların evində mütəmadi olaraq onunla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aytən onun yaşadığı binanın qonşuluğunda olan binada yaşayır: “Aytəni təxminən üç ildir tanıyıram. Aytəni həyətdə görmüşəm, xoşuma gəlib. Onunla tanış olub, qarşılıqlı olaraq bir-birimizi sevmişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il avqustun 1-də özünün ad günündə dostları ilə birlikdə “Riyad” ticarət mərkəzinin həyətində olan kafedə qeyd edib: “Yeyib-içdikdən sonra sərxoş oldum. Həmin gün saat 23 radələrində Aytən mənə zəng etdi, evlərinə çağırdı. Bildirdi ki, anası gecə növbəsində işdədir. Aytənin yaşadığı evə getdim. Aytən ad günümü qeyd etmək üçün tort almışdı və şam yandırmışdı. Tort kəsib, çay içdikdən sonra Aytənlə öpüşdük. Həmin vaxt sərxoş olduğum üçün ehtiraslandım. Aytən də ehtiraslandı. Aytənin otağında, divanın üstündə onunla təbii yolla cinsi əlaqədə oldum. Sərxoş olduğum üçün gecəni orada yatdım və səhər saat 05 radələrində yuxudan oyandım. “Mər-mər” mətbəx mebel sexinə işə getdim. Yuxudan ayılanda divanın üstündə qan ləkəsi gördüm. Həmin qan ləkəsi biz cinsi əlaqədə olarkən tökülmüşdü”.
İntiqam qeyd edib ki, bu hadisədən sonra bir neçə gün Aytənlə əlaqə saxlamayıb: “Lakin təxminən 4-5 gün keçdikdən sonra Aytən yenidən mənə zəng etdi, evə çağırdı və bildirdi ki, anası gecə növbəsində işdə olduğu üçün təkdir. Aytənin yaşadığı evə getdim, onunla yenidən bir dəfə cinsi əlaqədə oldum. Həmin vaxtdan etibarən Aytənlə mütəmadi olaraq təxminən iyirmi dəfə görüşüb, cinsi əlaqədə olduq”.
İntiqam bildirib ki, axırıncı dəfə Aytənlə 2021-ci ilin iyul ayında cinsi əlaqədə olub: “Təxminən 2021-ci ilin may ayında Aytənin hamilə olmasını bildim. Aytənin anası isə onun hamilə olmasından 2021-ci ilin avqustunda xəbər tutdu. Aytən həmin ilin oktyabrın 18-də doğuş keçirdi və oğlan uşağı doğdu”.
İntiqam əlavə edib ki, hazırda Aytənlə birlikdə anasının evində ailə olaraq yaşayırlar: “Hələ ilk dəfə Aytənlə cinsi əlaqədə olarkən onun 15 yaşında olduğunu bilmişəm. Aytən ad günlərimdə hədiyyələr verərək məni təbrik edib. Hazırda Aytənlə bir evdə yaşayıram, himayəmdə azyaşlı uşağım var. Etdiyim əməldən peşmanlıq çəkirəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytənin sözlərinə görə, 2021-ci ilin oktyabr ayına qədər anası ilə birlikdə yaşayıb: “Hazırda İntiqamla ailə quraraq onun evində yaşayıram. Atam və anam dörd il əvvəl ayrılıblar. Qonşu binada yaşayan İntiqam ilə bir neçə ildir ki, dostluq etmişəm. İntiqam mənim yaşadığım evə, mən də onun yaşadığı evə gəlib-getmişik. Üç ildir ki, İntiqamla bir- birimizi sevmişik. Anam Bakı Metropolitenində növbəli işdə çalışdığı üçün bəzi vaxtlar gecə növbəsində işdə olub”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2020-ci ilin avqustun 1-də İntiqam ad günündə axşam vaxtı onun yaşadığı evə gəlib: “Həmin vaxt gecə İntiqamla ilk dəfə yataq otağımda təbii yolla cinsi əlaqədə olduq. 2021-ci ilin fevralın ortalarında anam işdə olarkən İntiqam axşamüstü bizə gəldi. İntiqamla öpüşüb, ehtiraslandıq, qarşılıqlı istəyimiz ilə təbii yolla cinsi əlaqədə olduq. İntiqam mənimlə yalnız təbii yolla cinsi əlaqədə olub, qeyri-təbii yola heç vaxt cinsi əlaqədə olmayıb. Sonradan yaz aylarında günorta radələrində İntiqamla yaşadığım evdə görüşüb, öz istəyim ilə bir dəfə təbii yolla cinsi əlaqədə olduq, bundan sonra İntiqamla cinsi əlaqədə olmamışıq”.
Aytən bildirib ki, 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq qarnının böyüməsini görüb: “Anam mənim hamilə olmağımdan şübhələnməyə başladı. Anam məni kiminləsə intim münasibətdə olub-olmadığım barədə onu sorğu-suala tutdu. Anama İntiqamla cinsi əlaqədə olmağımı etiraf etdim. İntiqam mənimlə cinsi əlaqədə olarkən yaşımın az olmasını bilib”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan məhkəmə araşdırmasında İntiqamın törətdiyi əməl tam sübuta yetirilib
İntiqam 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
İntiqam məhkəmə zalından həbs olunub. Onun cəzasının əvvəli 2022-ci il aprelin 18-dən hesablanması qərara alınıb.
Teleqraf.com
- Ölkə
- 18 Mart 2023