Evdə zəli qoydurmaq ölümə səbəb ola bilər
Mütəxəssis zəlidən istifadədən öncə mütləq müəyyən analizlərin verilməli olduğunu deyib:
"Ən azından şəkər, laxtalanma və qanın ümumi analizi mütləq verilməlidir ki, biz bilək bu xəstəyə zəli qoymaq olar, ya olmaz. Çünki elə xəstəlik ortaya çıxa bilər ki, həmin xəstəyə zəli qoymaq düzgün olmaz. Bu zaman xəstə aidiyyəti üzrə mütəxəssisə yönləndirilməlidir ki, xəstəliyi ilə bağlı rəy versin”.
R. Cəlullayev əlavə edib ki, qanazlığı olan adama da zəli qoydurmaq olmaz: "Belələri üçün zəli əks göstərişdir. Çünki xəstənin halı pisləşəcək.
Bundan başqa, zəlinin yerindən qan axdıqdan sonra bağlanmalıdır ki, qanaxma verməsin. Eyni zamanda bəzi hallarda zəliyə qarşı allergiyalı insanlar olur. Birinci seansda bu, özünü biruzə verir. Bədən zəli qoyduqdan sonra səpməyə başlayır.
Bədxassəli şişlərdə, şəkərli diabet olan insanlara da zəli qoymaq olmaz”.
Həkim zəlidən istifadə zamanı diqqət yetiriləcək məqamlara da toxunub:
"Zəlini götürdükdən sonra bəziləri həmin nahiyəni qaşıyır. Qaşımaq olmaz. Sakitləşmək lazımdır. Bunun üçün sakitləşdirici dərman da içmək mümkündür. Daxilən insanın özünü sakitləşdirməyi daha məsləhət olunur”.
Zəlinin növlərinin çox olduğunu deyən fitoterapevt, bir zəlidən ikinci dəfə istifadə etməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, zəli yalnız bircə dəfə istifadə edilməlidir.
Bəs pasiyent üçün bu prosedura kim qərar verməlidir?
"Buna bütün həkimlər qərar verə bilər. Ginekoloji problemlərdə ginekoloq, ürək, qan-damar xəstəliklərində kardioloq, nevropotoloq, uroloq və s. Yenə də zəli qoyan şəxs xəstəyə baxaraq qərar verməlidir. Mütəxəssilər və həkimlərlə kompleks şəkildə zəliyə qərar vermək mütləqdir”, - deyə mütəxəssis vurğulayıb
- Sağlamlıq
- 16 Mart 2024