650b4eb3395ac202309235739

“Əsasən ölənlərin cəsədlərini gətirirlər, qurbanlar çoxdur”- Ağabekyan

“Vəziyyəti son dərəcə ağır olan yaralılar Xankəndiyə çatdırılır”.

Musavat.com xəbər verir ki, Xocavənd xəstəxanasının həkimlərindən biri Qrayr Ağabekyan bu barədə Ermənistan mediasına deyib:

“Həm mülki, həm də hərbçi olmaqla çoxlu yaralı var. Yaralılar arasında uşaq və qadın yoxdur, onlar sığınacaqlardadırlar”, - deyə həkim bildirib.

Bu yerdə qeyd edək ki, erməni həkimin “mülki” dedikləri xunta rejiminin son günlər silahlandırdığı şəxslərdir. Azərbaycanın mülki əhalini hədəfə almadığını elə Ağabekyan da təsdiqləyib, yaralı qadın və uşaq olmadığını deməklə…

Onun sözlərinə görə, indi əsasən ölənlərin cəsədlərini gətirirlər, qurbanlar çoxdur.
Hrayr Ağabekyan qeyd edib ki, yaralılar əsasən qəlpə və güllə yaraları alanlardır./olke.az