“Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ
Müğənni- bəstəkar Murad Arif rus aktyor və aparıcı Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib.
Buna səbəb isə 44 günlük Vətən Müharibəsi ərzində Vitalinin erməniləri dəstəkləməsi olub. O, bunu öz şəxsi instaqram səhifəsində paylaşıb.
“Rus aktyoru, ermənipərəst Qoqunski, 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində yatdı, erməni xalqının dərdinə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə stop deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”- deyə sənətçi bildirib.
Qeyd edək ki, Milananın konserti 14 iyunda Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. / Olay.az
- Şou biznes
- 05 İyun 2023