boks

Erməni boksçu rinqdə aldığı zərbədən öldü - VİDEO

Rusiyanın Tolyatti şəhərində keçirilmiş "Rinqin kralları" adlı boks turnirində ölüm hadisəsi baş verib.

Kanal.az bildirir ki, 76 kq çəki dərəcəsində erməni əsilli idmançı Arest Saakyan İqor Semerninlə qarşılaşmada aldığı zərbədən komaya düşərək, 10 gündən sonra həyatını itirib.

Səkkizinci raudda yerə sərilən Saakyan xəstəxanaya çatdırılıb. Ona baş beyninin axıntısı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, erməni boksçu sağalmayıb.

Hadisə ilə əlaqədar Rusiya Boks Federasiyası prokurorluğa müraciət edib. Müraciətdə tibbi xidmətin işini yerinə yetirmə səviyyəsinin və turnirin keyfiyyətinin yoxlanılması xahiş olunub.

//report