6505eef5b7203202309230749

Erməni bloqer separatçıların qaçışından yazdı: "Bəlkə babasildirlər, müalicəyə gedirlər"

Erməni bloger Karen Şirinyan erməni əsilli gənc kişilərin Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk etməsini şərh edib.

Kanal.az xəbər verir ki, o bu barədə öz feysbuk hesabında yazıb.

Bloger gənclərin Qarabağı tərk etməsinə görə qondarma qurumun "güc strukturları"nı tənqid edib:  

"Hörmətli “prokurorluq”, “polis” və "Milli təhlükəsizlik xidməti" ! Necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, amma bu potensial “post zabitləri” gedir? Mən Qarabağdakı "post zabitləri"ni tənqid etmirəm. Amma faktiki olaraq indi keçid məntəqəsindən kim keçirsə, türklər şəkillərini çəkib paylaşırlar.

Bəlkə Qarabağı tərk edən bu gənclər impotentdirlər, müalicəyə gedirlər. Ya bəlkə babasil olublar, müayinəyə yollanırlar. Yenə deyirəm, mən buna qarşı deyiləm, qoy getsinlər. Amma necə olur ki, hamı gedə bilmir. Əgər sualıma ciddi cavab verilməsə, "güc struktur"larından əl çəkməyəcəm. Bəsdirin! Ağzımı açdırmayın. 

Müharibə vaxtı belə qoyunlar arvadlarının ətəyinin altında gizlənib qaçırdılar və İrəvanda əylənirdilər. Belələri 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və üstəlik müharibədən sonra medal da aldılar" - Şirinyan öz paylaşımında yazıb./iqtisadiyyat.az