"Ərim olsaydı müğənni ola bilməyəcəkdim" - Boşanan müğənnidən şok etiraf / FOTO
Efirə ilk addımlarını atan gənc ifaçı Ajlan "Həmin Zaur"da qonaq olub.
Xanım ifaçı aparıcı Zaur Kamala efirə gecikmə səbəbini açıqlayıb:
"Gecikdiyim üçün üzr istəyirəm. Bura yaxın qalıram. Amma sizə səmimi olaraq gecikmə səbəbimi desəm inanmayacaqsınız. Qızımı məktəbdən gptürməliydim, ona görə gecikdim biraz".
Aparıcı Ajlana "Nənəsi, babası, həyat yoldaşın harda idi bəs?" sualı ilə reaksiya verib. İfaçı bildirib ki, "Nənəsi biraz bizdən uzaqda qalır. Qaldı ki, həyat yoldaşına, həyat yoldaşım olsaydı mən müğənni ola bilməzdim. O, icazə verməzdi buna. Həyat yoldaşım yoxdur. Mən 5 il öncə evliliyimi bitirmişəm. Yoxsa o mənə icazə verməzdi ifaçılıq edim". / Milli.az
- Şou biznes
- 13 May 2023