6502839edec77202309235302

"Ərim hələ də ana südü içir" - FOTO

ABŞ-də 30 yaşlı Rachel Bailey həmyaşıd əri Aleksandra da süd verir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Rachel ailənin bütün üzvlərini (3 uşağı və əri) ana südü ilə təmin edir. Onlar bu təcrübəni ilk dəfə 2016-cı ildə sınaqdan keçiriblər.

"Ona süd verərək, həm birlikdə gözəl vaxt keçirmiş oluruq, həm də ailə bağlarımızı möhkəmləndiririk" deyə Rachel qeyd edib.

"Hər şey süd sağanın itməsindən sonra başladı"

Qadının sözlərinə görə o, süd sağanını itirir və 2 gün sinəsində süd yığılması ilə yaranan şiddətli ağrılardan əziyyət çəkir. İnfeksiyaya yoluxmaqdan qorxan qadına əri kömək olur və yığılıb qalan südü xaric edir.

"Ərim ana südünün dadını çox sevir"

Rachel bildirir ki, əri birinci dəfə südün dadına baxanda onun əslində təsəvvür etmədiyi kimi olduğunu qeyd edib. "O gündən bu günə adi süddən imtina edib, ancaq ana südü içir. Hətta sağlamlığına da yaxşı təsir edir. Heç vaxt qrip olmur. Yaxınlarımız da onun dərisinin daha gənc və parlaq göründüyünü deyir." deyə qadın əlavə edib.

Cütlüyü qınayanlar çox olsa da onlar bu əməllərindən məmnundurlar.

Turan
Milli.Az

Məqaləyə dair fotomateriallar: