Əri mühafizəçi ilə öpüşərkən tutdu, sevgilisinə çılpaq fotolarını göndərdi… – Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI
2022-ci il martın 13-də 1987-ci il təvəllüdlü Saməddin Həsənov arvadı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə Bakının Xəzər rayonu Binə qəsəbəsi, Sabir küçəsində yerləşən “Ümid yeri” xeyriyyə cəmiyyəti ictimai birliyinin həyətində baş verib. Cinayəti törətdikdən sonra S.Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gedərək təslim olub.
Qlobal.net lent.az-a istinadən bildirir ki, faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, martın 13-ü saat 19 radələrində Saməddin Həsənov Binə qəsəbəsində yerləşən “Ümid yeri” xeyriyyə cəmiyyəti ictimai birliyinə məxsus binanın qarşısına gəlib. Giriş qapısının bağlı və içəri girməyin qadağan olmasına baxmayaraq, qanunsuz olaraq, hasardan həyətə tullanıb. Həyat yoldaşı Ülviyyə Həsənovanın mətbəx otağında uşaq əşyasını yuduğunu görərək, içəri keçib. Masanın üzərindən bıçağı götürüb arvadından söhbət etməklərindən ötrü otağdan çıxmasını tələb edib. Qısqanclıq zəminində yaranan münaqişə zamanı, bıçaqla 16 dəfə zərbə vuraraq, zərərçəkmişi qəsdən öldürüb.
İş üzrə dindirilmiş Saməddin Həsənov bildirib ki, 2010-cu ildə Ülviyyə ilə tanış olaraq evlənib. Birgə nikahdan onların 3 övladı dünyaya gəlib: “Binə qəsəbəsinin Südçülük sovxozunda fərdi evdə yaşayırdıq. Tez-tez aramızda ailə daxili münaqişələr baş verirdi. Ülviyyə sərbəst yaşamaq istədiyini deyərək, bir neçə dəfə Bərdə rayonuna, atasının evinə çıxıb, getdmişdi. Təxminən 5 ay əvvəl arvadım qadın problemi ilə əlaqədar 26 saylı xəstəxanada əməliyyat olunub. Əməliyyatdan əvvəl xəstəxanaya yerləşdirilən yoldaşımın yanına gedəndə, palatada onun mühafizəçi işləyən Əliyar Məlikzadə ilə öpüşdüyünü gördüm. Həmin vaxt mühafizəçi dərhal palatadan qaçdı, arvadım isə səhv hərəkət etdiyini və uşaqlara görə onu bağışlamağımı dedi. “102” xidmətinə zəng edib bu barədə məlumat verdim. Bununla əlaqədar 1-ci Polis Şöbəsində izahatımız alındı. Ülviyyəyə mobil telefon işlətməsini qadağan etdiyimə görə, o, mübahisə edib, növbəti dəfə rayona, atasının evində getdi. Bir həftədən sonra arvadımla əlaqə saxlayıb uşaqları görmək istədiyimi deyəndə, Ülviyyə mobil telefon alsam, mənimlə barışacağını söylədi. Buna görə yoldaşıma telefon aldım. Bərdəyə gedib, ailəmi evə gətirdim.
Təxminən 3 aydan sonra Ülviyyənin telefonunu götürüb yoxlayarkən onun “Whatsapp” proqramında bir oğlanla yazışdığını, həmin şəxsə çox sayda çılpaq şəkil və videogörüntülər göndərdiyini gördüm. Arvadım əvvəl hər şeyi inkar etdi. Lakin sonra mənimlə evlənməmişdən əvvəl həmin oğlanla sevgili və onunla bir neçə dəfə cinsi əlaqədə olduqlarını dedi. Ülviyyəni öldürmək istəsəm də, qohumlarım məni sakitləşdirib, boşanmağın ən yaxşı yol olduğunu bildirdilər. Sübut üçün arvadımın fotoşəkillərini qayınatamgilə də göndərdim. Bir gündən sonra Ülviyyə evdən çıxıb getdi. Polis şöbəsində ərizə yazaraq, guya mənim tərəfimdən döyüldüyünü bildirdi və sığınacağa yerləşdirilməsini istədi. Nəticədə Ülviyyəni Binə qəsəbəsində olan “Ümid yeri” uşaq sığınacağına yerləşdirdilər, sonra uşaqları da ora apardılar. Arvadımın şikayəti əsasında məni 3-cü Polis Bölməsinə dəvət etdilər. İzahatımda Ülviyyənin yazdıqlarının yalan olduğunu və məqsədinin məni tutdurub, sərbəst yaşamaq istəməsi olduğunu dedim. Hadisədən bir gün əvvəl mən, sığınacağa getdim və arvadıma şikayətini geri götürməsini, boşanıb, hər kəsin öz həyatını yaşayacağını bildirəndə, Ülviyyə mənimlə razılaşdı. Sığınacaqdan evə qayıdandan sonra Ülviyyənin valideynlərinə zəng edib, Bakıya gəlmələrini xahiş etdim. Martın 13-də onlarla birlikdə sığınacağa getdik. Söhbət zamanı Ülviyyə hətta valideynlərinə də qulaq asmadı və artıq hamıdan imtina etdiyini dedi”.
sığınacağa bir qadını və 3 azyaşlı qız uşaqlarını gətirdilər. Ülviyyə Həsənova əri tərəfindən döyüldüyünü, yola getmədiklərini və məcbur qalıb, övladları ilə ora gətirildiyini bildirdi. Bir gündən sonra Ülviyyə sığınacağın psixoloqu Könül Nurullayevaya əvvəllər sevdiyi oğlanla münasibətdə olduğunu, ərinin bunu bildiyini və bu səbəbdən mübahisələrinin yarandığını danışdı.
Həmin gün qadının yoldaşı Saməddin Həsənov sığınacağa gələndə, şəxsən özüm onu qarşıladım. Saməddin uşaqları ilə görüşüb, arvadına evə getməyi təklif edərək, övladlarına görə onu bağışladığını dedi. Ayın 13-də Saməddin qardaşı və Ülviyyənin valideynləri ilə sığınacağa gələrək, uzun müddət qadınla söhbət etdilər. Saməddin yoldaşına, onu öldürüb azadlığından məhrum olmaq və uşaqlarını yiyəsiz qoymaq istəmədiyini, boşanıb, övladlarına da özü baxacağını dedi. Saat 18 radələrində işdən çıxdım. 2 saatdan sonra sığınacaqda uşaqlara nəzarət edən İlhamə Ibrahimova mənə zəng edib, Saməddinin Ülviyyəni bıçaqla vurduğunu bildirdi. Dərhal təcili yardıma və polisə zəng edib bu barədə məlumat verdim. Sığınacağa çatanda, Ülviyyəni qan içində, həyətdə, uzanıqlı vəziyyətdə gördüm. Həkimlər artıq onun öldüyünü bildirdilər”.
görünüb ki, Ülviyyə Həsənova Vagif Nağıyevə intim xarakterli fotoşəkillər və sinəsi açıq vəziyyətdə videogörüntü göndərib. Hər ikisi sevgi etirafları edərək, bir- birindən ötrü darıxdıqları barədə səs yazıları və mesajlar göndəriblər.
Məhkəmə iclasında Saməddin Həsənov ittiham üzrə özünü təqsirli bilərək, prokurorluqda verdiyi ifadəsini təsdiq edib və barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi etdiyi hərəkətə təqsirləndirilən şəxsə bəraət qazandırmadığını, amma 3 azyaşlı uşağına görə ona qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə qənaətə gəlib ki, Saməddin Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saməddin Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
- Ölkə
- 05 Fevral 2024