Ərdoğan

Ərdoğanın tətbiq etdiyi yeni iqtisadi sistem Nobel mükafatına layiq görüləcək - Batırel

“Prezident Ərdoğanın tətbiq etdiyi yeni iqtisadi sistem “İqtisadiyyat üzrə Nobel mükafatına” layiq görüləcək”.

Kanal.az xəbər verir ki, bunu “Türkiyə” qəzetinin köşə yazarı Necmettin Batırel deyib.

O, yerli investorların valyuta ilə qorunan TL əmanət hesablarına keçməyə başladığını bildirib:

“Xalq Prezident Ərdoğana inanır və onun tətbiq etdiyi sistemi tam dəstəkləyir. Güvən olmasaydı, 11 ayda xaricə qaçaq yolla aparılan 20 milyard dollar ölkəyə necə gətiriləcəkdi?"

Necmettin Batırel hesab edir ki, 2022-ci ildə turizmdən 35 milyard dollar gəlir gələcək və sənaye istehsalı rekord qıracaq:

“Türkiyə qurtuluş ilinə girdi. İyun ayından etibarən inflyasiya, valyuta təzyiqi və cari kəsir problemi aradan qalxacaq. Siz Prezident Ərdoğanın tətbiq etdiyi yeni iqtisadi sistemin dünyada bir ilk olacağını görəcəksiniz. Türkiyə qazanacaq”. //teleqraf