
Ərdoğan təsdiqlədi - Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.
Kanal.az-ın məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:
“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.
Onun sözlərinə görə, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.
- Dünya
- 21 Yanvar 2022