Ərdoğan: Sağalmışam, koronavirusu çox yüngül keçirdim
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağalandan sonra ictimaiyyət qarşısına çıxıb.
Kanal.az xəbər verir ki, o , koronavirusu yüngül keçirdiyini bildirib. Onun sözlərinə görə, peyvənd olduğu üçün koronavirus ciddi fəsadlar törətməyib:
“İki doza Sinovac, bir doza Biontecht oldum. Buna görə də, çox-çox rahat keçirdim. 4-5 gündə neqativə qayıtdıq”.
Qeyd edək ki, Ərdoğan iki gün əvvəl koronavirusdan sağalıb.
- Dünya
- 11 Fevral 2022