
Ərdoğan razılaşdı: Finlandiyanın üzvlüyü müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə NATO-ya üzvlük ərizəsini müzakirə etməyə razılaşıb.
Kanal.az xəbər verir ki, bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, danışıqlar sabah, mayın 21-də keçiriləcək.
Ərdoğan bildirib ki, o, artıq Niderland Baş naziri Mark Rutte ilə NATO-nun genişlənməsi barədə danışıb. Sabah Türkiyə prezidentinin Böyük Britaniya ilə də görüşü olacaq. Lakin danışıqların dövlət başçıları səviyyəsində baş tutub-tutmayacağı hələlik məlum deyil.
- Dünya
- 20 May 2022