64881b787ee50202306233208

Ərdoğan azərbaycanlı müğənni ilə birgə sevdiyi mahnını oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə “Gülüstan” sarayında dövlət ziyafəti verilib.

Axşam.az xəbər verir ki, tədbirdə səsləndirilən mahnılardan biri də “Duyanlara, duymayanlara” bəstəsi olub. Mahnı Xalq artisti Samir Cəfərov tərəfindən oxunub.

Həmin an Türkiyə lideri də onunla birgə mahnını zümzümə edib.

Qeyd edək ki, Ərdoğan bu il seçkiöncəsi mitinqlərdə sözügedən mahnını dəfələrlə səsləndirib.