Ərdoğan Azərbaycanda fəaliyyət göstərən komandana general-leytenant rütbəsi verdi
General-mayor Bəxtiyar Ersayın rütbəsi artırılıb.
Kanal.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərara əsasən, Bəxtiyar Ersaya general-leytenant rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ersay son olaraq Türkiyə Silahlı Qüvvələri Azərbaycan Xidmət Qrupu Komandanlığında fəaliyyət göstərib.
- Dünya
- 05 Avqust 2022