6489c1020f8e1202306233042

Elnarə DSX-də bu qədər maaş alır

Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı, müğənni Elnarə Xəlilova aldığı maaşı açıqlayıb.

Sənətçi qonaq olduğu “El canlı” axşam şousunda bu haqda danışıb. O bildirib ki, çalışdığı Dövlət Sərhəd Xidmətindən 1250 manat maaş alır.

Qeyd edək ki, 11 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.