Ordu

Əllər tətikdə: Hücumun tarixi AÇIQLANDI - İsrail mətbuatından ŞOK İDDİA

Rusiya fevral ayının 15-də Ukraynaya hücuma başlaya bilər.

Kanal.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ, Rusiyanın fevralın 15-də hücuma keçə biləcəyi barədə İsraili məlumatlandırıb. Bu məlumatdan sonra İsrail hökuməti vətəndaşlarının Ukraynadan təxliyəsi üçün işləri sürətləndirib. Məlumata görə, minlərlə İsrail vətəndaşının təxliyə olunması üçün təyyarələr ayırılıb.

Ukraynada 15 min İsrail vətəndaşının olduğu bildirilir. Onlardan 4500 nəfəri təxliyə olunmaq üçün məlumat sənədini doldurub.