643fe70416ad1202304230508

Əliyev ölkənin adını daşıyan küçənin yenidən qurulması üçün 100 milyon dollar ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkən Kahramanmaraşın "Azərbaycan küçəsi"nin yenidən qurulmasına 100 milyon dollar ayırıb.

Kanal.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev “Türkiyənin sağlığı bizim sağlığımız, inşaası bizim inşaamızdır” deyib.

Adil Əliyev: “Azərbaycan beynəlxalq siyasi-intellektual mərkəzə çevrilib”

Adil Əliyev
Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar yeməyində çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev "Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırıb. "Azərbaycan küçəsi"nin yenidən qurulmasına dəstək verəcəyik" , - deyə bildirib.

Adil Əliyev bundan başqa qeyd edib ki, yardımlar tək Kahramanmaraşla yekunlaşmayacaq: "Oranı bizə səlahiyyətlilər göstərdi. Amma biz digər vilayətlərə də yardım edəcəyik. Yalnız Kahramanmaraş üçün verəcəyimiz dəstəyin məbləği 100 milyon dollardır".