665c70644e829202406241516

Elgizlə Rüfət üz-üzə: “Səni yıxıb sürüyəcəm”

Meyxanaçı Rüfət Nasosnu və Tekeaparıcı Elgiz Əkbər arasında qalmaqal yaşanıb.


Medianews.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.


Belə ki, əvvəlcə Elgiz Əkbər izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.


Rüfətsə bunun heç nəyi dəyişmədiyini bildirib:


“Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır”.


Elgizinsə Rüfətə cavabı belə olub:


“Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm”.