64cbeaa0060e4202308235752

Elcan Rəsulovun vəziyyəti ağırlaşdı - Başqa xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aparıcı-aktyor Elcan Rəsulov ödündən əməliyyat olunub.

Kanal.az xəbər verir ki, təcili tibbi yardım maşınından yeni görüntüsünü paylaşan aktyor başqa xəstəxanaya aparıldığını bildirib:

"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq varmış".

Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.