akar

Əgər Qazaxıstan Ankaraya müraciət etsə... - Akar

İnanırıq ki, Qazaxıstandakı qardaşlarımız öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəklər.

Kanal.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə təqdim etməyə hazır olacağıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq", - Akar vurğulayıb.