677cebd0c21a7202501255440

Dünyanın ən təhlükəli yeməyi: Azca yeyən xərçəng olur

Tailandda hər il 20 min insanın ölümünə səbəb olan "Koi pla" mütəxəssislərin diqqətini çəkib.


Ölkə.Az "haber7"yə istinadla xəbər verir ki, "Koi pla" xüsusilə Cənub-Şərqi Asiya mətbəxində çiy şirin su balıqlarından hazırlanan çox məşhur yeməkdir. Özünəməxsus, kəskin və təravətləndirici dadı var. Bəzi bölgələrdə uzun illərdir mövcud olan ənənəvi yeməkdir.

Xüsusilə Taylandın ən yoxsul bölgələrində təqdim edilən “Koi pla” adlı yemək balıqların təmizlənərək nazik dilimlərə kəsilməsi ilə hazırlanır.

Bu dilimlər müxtəlif otlar, limon suyu və bəzən acı sous ilə qarışdırılır. Bəzi reseptlərdə balıqlara canlı qırmızı qarışqalar da əlavə edilir. Bu canlı qarışqaların əlavə edilməsinin həzm üçün yaxşı olduğuna inanılır.


Mütəxəssislər bildirir ki, bu yeməkdən çoz az miqdarda yemək belə qaraciyər xərçənginin yaranmasına səbəb ola bilər. 

"Koi pla"nın ən böyük təhlükəsi parazitlərlə çirklənmə riskidir. Xüsusilə "Opisthorchis viverrini" adlanan bir növ parazit tez-tez çiy və ya az bişmiş şirin su balıqlarında görülür. Bu parazit insan orqanizminə daxil olduqda, qaraciyər, öd kisəsi, mədəaltı vəzi kimi orqanlara ciddi ziyan vura bilər.

Tailandlı bir həkim, valideynləri qaraciyər xərçəngindən öldükdən sonra insanları ölümcül yeməklər barədə xəbərdar edir.

O, 2017-ci ildə “səssiz qatil” adlandırdığı bu yeməyə qarşı mübarizə aparmaq məqsədilə alimlər, həkimlər və antropoloqlardan ibarət komanda toplayıb. Dörd il komanda İsaan bölgəsindəki kənd sakinlərinin üzərində parazit testi aparıb.

Tədqiqatın nəticəsində bəzi icmalarda yaşayanların 80%-nin ölümcül paraziti qəbul etdiyi müəyyən edilib.