665e4d7e3cf0a202406241054

Dünyanın Ən Bahalı Qızılları Bakıda Görüntüləndi - Fotosessiya

Bilərzik 163 min, sırğa 45 min, saat 98 min, komplekt 526 min. qızıl yumurta 775 min manata… Bütün bunlar Bakıda baş tutan “Art and Jewels of the World” adlı sərgidə nümayiş olundu.


“Qafqazinfo”nun məlumatına görə, Four Seasons Baku otelinin və Boutique Baku jurnalının dəstəyi ilə Bakıda zinət əşyalarının eksklüziv bağlı nümayişinə ilk mətbuat nümayəndələri dəvət olunublar.


Qonaqlara Yvel, Fabergé və Lydia Courteille kimi dizaynerlərdən heyranedici zinət əşyaları təqdim olunacaq. Greubel Forsey - Swiss Haute Horlogerie (“Yüksək İsveç saat sənəti”) öndəgedən markası eksklüziv olaraq öz yeni şah əsərini təqdim ediblər: incəsənətin və saat istehsalında ən çətin texnologiyalardan olan Tourbillon-un birləşdiyi Art Piece 2.
Faberge brendindən “Lady Compliquée Peakock” xanımlar üçün mütləq zinət əşyası olub.


Lydia Courteille brendindən “Cabinet de Curiosités” təqdim ediləcək, brilyant və dünyanın ən gözəl mirvarilərinin birləşdiyi unudulmaz Yvel zinət əşyaları ziyarətçilərin zövq oxşadı.


Artıq 3-cü ildir baş tutan tədbirin builki fərqliliyi, məşhur brendlərin kolleksiyalarını təqdim etmək məqsədilə şəxsi ziyarət üçün xüsusi şəraitin yaradılmasıdır.liliyi, məşhur brendlərin kolleksiyalarını təqdim etmək məqsədilə şəxsi ziyarət üçün xüsusi şəraitin yaradılmasıdır.