Dünyanı ŞOKA salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq
İqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar bütün dünyada həyəcan təbili çalarkən, bəzi zəngin insanların yeraltı sığınacaqlar qazması xəbərləri bütün dünyada narahatlıqları artırır. Mümkün qlobal fəlakətlər zamanı hansı ölkənin daha şanslı olduğu maraq doğurur.
“International Journal of Risk Analysis” tərəfindən nəşr olunan son araşdırmada qiyamət zamanı hansı ölkələrin daha təhlükəsiz olacağı traflı şəkildə açıqlanıb. İslandiya, Solomon Adaları və Vanuatu kimi ada ölkələrinin “sağ qalmaq” üçün ən yaxşı yerlər arasında olduğu qeyd edilir. Bu ölkələr nüvə müharibəsi, super vulkan püskürməsi və ya asteroidin vurması kimi dağıdıcı hadisələrin törətdiyi fəlakətlərdə şanslı vəziyyətdədirlər. Bildirilir ki, günəş işığının qəfil azalması halında həyatda qalmaq və əhalisini saxlamaq üçün ən yaxşı təchiz olunmuş ölkələr ada ölkələridir.
Araşdırmada mümkün fəlakətlər belə ifadə edilir: “Nüvə qışı - ərzaq təchizatına təsirlər nəticəsində milyonlarla ölüm də daxil olmaqla, bunun dəhşətli nəticələri olacaq. Böyük miqdarda tüstü və toz atmosferə qalxacaq və yerin səthini bürüyəcək”.
Tədqiqatçılar post-apokaliptik dünyada sağ qalmaq üçün 38 ada ölkəsini 13 xüsusiyyət üzrə qiymətləndiriblər. Avstraliya qida təchizatı və infrastrukturuna görə siyahıya başçılıq edir, Yeni Zelandiya isə nüvə silahından azad statusuna və okeana yaxınlığına görə güclü mövqedə qərarlaşıb ki, bu da ekstremal temperatur dəyişikliklərindən qorunmağa kömək edəcək.
“Avstraliyanın ərzaq təchizatı sahəsi böyükdür və on milyonlarla əlavə insanı qidalandırmaq potensialına malikdir”, - tədqiqatda deyilir.
“Təhlillərimizə görə, o, keyfiyyətli infrastruktur, böyük enerji ehtiyatı və dünyada ikinci ən böyük səhiyyə xidmətləri baxımından ən yüksək təhlükəsizliyə malik qitədir”, - alimlər əlavə edib.
(Publika.az)
- Maraqlı
- 21 Mart 2024