
Dünyanı heyrətə gətirən "daxma"nın sirri açıldı: Kosmik aparat yaxınlaşanda... - FOTOLAR
Ötən ilin dekabr ayında Çinin Yutu-2 aparatı tərəfindən Ayın üfüqündə çəkilən foto ilə bağlı detallar məlum olub.
Kanal.az xəbər verir ki, aparatın uzaq məsafədən çəkdiyi naməlum obyekt “daxma”ya bənzədilmişdi.
Həqiqət “Yutu-2” kosmik gəmisinin cismə yaxınlaşmasıyla ortaya çıxıb. Məlum olub ki, aparatın obyektinə düşən qaya parçasıdır. Bu qayaya "Ay dovşanı" adı verilib.
Qeyd edək ki, 2019-cu ildə Aya enən “Yutu-2” Ayın Yer kürəsindən görünməyən tərəflərini kəşf etməyə çalışır.
- Dünya
- 10 Yanvar 2022