6437e34edc96f202304231110

Dodaq şişirdən aktrisaları biabır etdi - Dodaqlarını qabağa verib... / Video

"Bəziləri gözləmirlər. Onları pisləmirəm. Cırıq şalvarlılar, saqqalı başqa cür olanlar istəmir bunu. Onlar xaricə üz tuturlar". 

Kanal.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elxan Qasımov "Səhər mərkəzi" verilişində deyib. Aktyor rejissoru olduğu "Biz qayıdacağıq" filmindən danışıb. O bildirib ki, ekran işinin davamını çəkmək arzusundadır, amma bir çoxları bunu istəmir.

"İndi çəkilsə, adı "Biz qayıtmışıq" olacaq" deyə, E.Qasımov əlavə edib. 

Aktyor daha sonra dublyajda çalışan aktrisaları lağa qoyub. O bildirib ki, dodaqlarını yekəltdikləri üçün danışmaqda çətinlik çəkirlər:

"İndi tərcümə etmək olmur. Bütün aktrisalarımız dodaqlarını qabağa verib danışırlar. Ona görə də səsləndirmə olmur".