DƏHŞƏT! Qarajda cəsədlərlə dolu soyuducular tapıldı- FOTO
Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.
Cəsədlər üzərində “ət” və “dondurma” yazıları olan adi mağaza soyuducularında saxlanılıb.
Yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib.
Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb.
Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.
Məsələ ilə bağlı artıq polisə müraciət olunub. (medianevs)
- Dünya
- 08 Fevral 2024