
"Dayana bilmədim getdim Qarabağın hər yerini gəzdim, Azərbaycanla qürur duyuram" - Ozan Akbaba
“Mən qarslıyam, soykökümlə azərbaycanlıların soyu iç-içə olduğu üçün biz onlar, onlar biz sayılır. Çünki qarapapaqlar azərbaycanlılar kimi danışır, onlar kimi geyinir, onlar kimi mahnı oxuyur".
Kanal.az xəbər verir ki, bu sözləri aktyor Ozan Akbaba türkiyəli jurnalist Fulya Öztürkə müsahibəsində deyib. Azərbaycana sevgisindən danışan sənətçi Qarabağın hər yerini gəzdiyini bildirib:
"Azərbaycanı, Bakını çox sevirəm. Hətta demək olar ki, Qarabağın hər yerini gəzmişəm. Dayana bilmədim, getdim gördüm. İnanılmaz bərəkətli torpaqlardır. Ağacın içindən ağac çıxır. Azərbaycan xalqı öz torpaqlarını 30 il sonra işğaldan azad etdiyi üçün qürur duyuram".
Qeyd edək ki, Ozan Akbaba hazırda “Uzak şehir” serialında rol alır. /axsam.az
- Dünya
- 22 Aprel 2025