66267ff71ae8c202404241919

Daha bir azərbaycanlı dünyanın ən varlı adamları siyahısında

“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının ənənəvi illik reytinqini dərc edib.

“Cebhe.info” xəbər verir ki, birinci yeri yenə də Fransanın LVMH şirkətinin (Christian Dior, Louis Vuitton, Givenchy, Guerlain, Moët & Chandon, Hennessy, Chaumet və başqaları) sahibi Bernard Arnault tutub. Mütəxəssislər onun sərvətini 233 milyard dollar qiymətləndiriblər ki, bu sərvət bir il ərzində 22 milyard dollar artıb.

Amerikalı iş adamı İlon Mask 195 milyard dollarlıq sərvətlə ikinci yerdə dayanır (bir il əvvəl bu, 180 milyard dollar idi).

Üçüncü yerdə “Amazon” onlayn mağazasının yaradıcısı Ceff Bezos qərarlaşıb. Onun sərvəti 194 milyard dollar (bir il əvvəl 114 milyard) qiymətləndirilir.

Nəşr eyni zamanda qeyd edir ki, dünyada milyarderlərin sayı 2640-dan 2781-ə yüksəlib ki, bu da rekord göstəricidir.

Rusiyada ən zəngin insanların siyahısına “Lukoyl” neft şirkətinin təsisçisi Vahid Ələkbərov başçılıq edir. Mütəxəssislər onun sərvətini 28,6 milyard dollar qiymətləndiriblər. Eyni zamanda, bir il əvvəl o, yalnız beşinci yeri tutmuşdu.