Dağıntılar altından xilas edilən uşaqdan istəyini soruşdular: Cavabı hamısını gülümsətdi / VİDEO

  • Dünya
  • 12 Fevral 2023
63e919dd845a4202302235453
  • Oxunub: 942

Türkiyənin Qaziantep vilayətinin Nurdağı ilçəsində yaşayış binası dağıntıları altından daha bir uşaq sağ çıxarılıb.

Kanal.az xəbər verir ki, xilasedicilər zəlzələdən 156 saat sonra 9 yaşlı Semih İncini dağıntılardan çıxarmağı bacarıblar.

Təcili yardım maşınına yerləşdirilən Semihdən nə istədiyi soruşulub.

O isə “Çiyələkli dondurmaq istəyirəm. Bütün dondurmaları, içkilərini gətirin. Su gətirin, çox susadım”, - deyə bildirib.

Oxşar xəbərlər