6602f6aa050be202403242410

Crocus City Hall”dakı terroru törədənlərlə bağlı YENİ DETALLAR

Crocus City Hall” konsert kompleksində terror aktının təşkilatçıları Mərkəzi Asiyada yerləşən ölkələrindən birində də oxşar hadisə törətmək niyyətində olublar, lakin onun qarşısı alınıb.

Oxu.az xəbər verir ki, bu barədə Rusiya mətbuat xəbər yayıb.

Mənbə terror aktının hazırlandığı ölkənin adını çəkməsə də, bunun “Crocus City Hall”dakı hücumla eyni vaxtda baş verməli olduğunu qeyd edib.

İnformasiyanı təqdim edən şəxs törədilən terror aktının bəzi təfərrüatını da açıqlayıb.

Onun sözlərinə görə, cinayətkarlar konsert zalını benzin ilə yandırıblar.

“Qrupun üzvləri klassik mənada mütəşəkkil terror təşkilatının üzvləri deyil, onlar heç bir struktur çərçivəsində mövcud olmayıblar, terror aktını isə bir neçə həftə əvvəl planlaşdırıblar”, – deyə o bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, terrorçular Moskvadan Bryansk vilayətinə, oradan isə Belarus ərazisinə keçməyi və bu ölkədə gizlənməyi planlaşdırıblar.

Bundan əlavə, törədilən terror aktına görə qruplaşma üzvlərinə ümumilikdə 500 min rubl (9250 AZN – red.) pul ödənilməsi nəzərdə tutulub.

Son məlumata əsasən, Moskvadakı terror hadisəsi ilə bağlı ümumilikdə 11 nəfər tutulub.