
Çinli jurnalistin Prezidentə bəhs etdiyi azərbaycanlı gənc görün kim imiş - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi zamanı jurnalistin haqqında danışdığı azərbaycanlı tələbənin kimliyi məlum olub.
Kanal.az xəbər verir ki, həmin şəxs Tağı Məmmədovdur.
T. Məmmədov sosial şəbəkə hesabında yaydığı videoda özündən bəhs edib.
Qeyd edək ki, çinli jurnalist müsahibə zamanı “Əslində, mən Çinə 1 Kəmər, 1 Yol vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur”, deyə bildirmişdi.
- Maraqlı
- 27 Aprel 2025