Çin haqqında TÜKÜRPƏDƏN FAKTLAR: İtlərlə iyrənc münasibət, virus, natəmizlik... - ŞOK GÖRÜNTÜLƏR
"Urumçidə idim - orada yeməyi natəmiz şəraitdə hazırlayırlar, südü soyuducuda saxlamırlar, bazarda qurudulmuş qurbağa və kərtənkələ satılır. Bilmirəm, onları yerlilər yeyir, yoxsa bu, ancaq turistlər üçündür".
Milli.Az-ın xəbərinə görə, bu sözlər Çindən qayıdan bir həmyerlimizin dedikləridir...
Alimlər isə dünyanı lərzəyə gətirən virusların qaynağını tapmaq üçün araşdırmaları davam etdirirlər.
Bildirilir ki, 2003-cü ildə Çindən dünyaya yayılmış SARS virusu heyvandan insana keçmişdi. Çinin Uhan bölgəsindəki koronavirus dəhşətinə səbəb olduğu ehtimal edilən Uhan dəniz məhsulları bazarı isə Çin hökuməti tərəfindən dərhal bağlanmış və hər cür ət satışına qadağa qoyulmuşdu. Bu bazarda 112 adda ekzotik dəniz və çöl heyvanlarınını əti satılırmış. Alıcılar hansı heyvan ətindən almaq istəyisə, yerindəcə təzə-təzə kəsdirirmiş. Bu bazarda ən murdar heyvan ətləri də satılırdı. Siçan ətindən tutmuş, hər cür həşəratlar, koala, hətta canavar balalarının əti də. Bu bazarın natəmizlik içində olmasını əks etdirən fotoları görəndə koronavirusun belə bir yerdə yayılması heç təəccüblü deyil.
Bir neçə il əvvəl Çində baş verən iyrənc hadisə dünya mətbuatının gündəmini zəbt etmişdi.
Çinin cənub-qərbində yeləşən Kinqbaycanq şəhərində, lisenziyaya sahib olmadan itlərə tibbi xidmət göstərən baytar həbs edilmişdi. Bu cür fəaliyyət, sözsüz ki, qanunsuzdur.
Bu hadisənin dünya media "divlərinin" səhifələrinə çıxması qədər ciddi rezonans doğurması, tibbi müayinə prosedurlarının ağlagəlməz dəhşətlər saçdığı ilə bağlıdır.
Təəssüf ki, bu həbs ölkədə yeganə həbs deyil, əslində oxşar qeyri-rəsmi və qeyri-insani tibbi xidmətlər Çinin bir çox hissəsində kifayət qədərdir. Lisensiyasız fəaliyyət göstərən baytarlar antisanitariya şəraitində ev itlərinin səs tellərini kəsirlər. Maraqlıdır ki, onlar bunu zorla etmir - it sahibləri onların hürməsindən bezdiklərini bildirərək, heyvanları bu işğəncəyə öz əlləri ilə gətirirlər...
Baytarın iş prosesi zamanı çəkilmiş şəkillər həqiqətən də dəhşətlidir. Kişi əlcəksiz və tibb əşyalarının sterilləşdirməsi üçün hər hansı bir şəraitin olmadığı mühitdə - küçədə fəaliyyət göstərir. Anesteziya altında olan itləri saxlamağı isə assistent öz üzərinə götürür. Çin xəbər saytlarından dünyaya yayılan bu amansız əməliyyatı Zenq soyadlı, Kinqbaycanq şəhər sakini, yerli quş bazarında işləməyən bir kişi həyata keçirirmiş.
Ev itlərini anesteziyanın köməyi ilə yatırırlar, sonra masanın üzərinə uzadırlar. Assistent itin ağzını açıq saxlayır və baytar xüsusi çatılarla zavallı heyvanın səs tellərini kəsərək, heç bir sanitariya qaydalarına əməl etmədən kəsintini elə ayağının altına atır...
Daha sonra isə itləri sıra ilə yan skamyaya uzadırlar. Heyvanlar anesteziyanın təsirindən ayılandan sonra, artıq hürə bilmirlər...
Müxbir bir neçə saat ərzində baytarın yanında dayanaraq, təxminən 10 əməliyyat müşahidə edib. Gördüyündən dəhşətə gələn müxbir yazır ki, itləri eyni alətlə - bir əməliyyatdan digərinə keçərkən onları təmizləmədən əməliyyat edirdi. Zenq öz xidmətləri üçün 50-100 arası yuan alır ki, bu da 7-15 dollar edir.
Jurnalist şahidi olduğu vəhşəti qələmə almaqla yanaşı, heyvanların müdafiəsi üzrə yerli təşkilata da müraciət edib. Bazara baş çəkən müfəttişlər baytardan sənədlər tələb ediblər və məlum olub ki, bu işi görmək üçün onun heç bir sənədi və icazəsi yoxdur.
Baytarlıq assosiasiyası təbii ki, belə əməliyyatları yumşaq desək bəyənmir. Onların hesabatlarına əsasən, bu cür prosedurlar heyvanlarda boğulma riskini artırır, eyni zamanda qan itkisinə gətirib çıxarır: "Heyvanlar üçün bu güclü stresdir, onlar bundan sonra bütün həyatları boyunca əziyyət çəkirlər. Onlarda nəfəs alma-vermə ilə bağlı problemlər müşahidə olunur. Bu lazımsız və fövqəladə amansız prosedurdur. Natəmizlik və antisanitariyanın isə həddi-hüdudu yoxdur", - deyə PETA - heyvanların hüquqlarının müdafiəsi üzrə təşkilatın nümayəndəsi vəziyyəti şərh edib.
- Dünya
- 07 Fevral 2024