6596a60343621202401243515

"Çılpaq gecə"ni təşkil etdiyinə görə 100 min cərimələndi

Moskva məhkəməsi rusiyalı bloger, teleaparıcı Nastya İvleyevanın "Mutabor" klubunda “Çılpaq gecə” mərasimini təşkil etdiyinə görə 100 min rubl (təxminən 1880 manat - red.) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Kanal.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, teleaparıcı Anastasiya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində tanınmış incəsənət xadimləri də olub. Mərasim şimal qonşumuzda ciddi rezonans doğurub.