681e099c1b479202505255644

Ceyhun Mirzəyevin yeganə qızı acınacaqlı vəziyyətdə yaşayır - VİDEO

“Ögey ana”nın “İsmayıl”ı Ceyhun Mirzəyevin yeganə övladı acınacaqlı vəziyyətə düşüb.
Kanal.az xəbər verir ki, onun görüntüləri “Bizimləsən” verilişində təqdim olunub.
Aparıcı Zaur Baxşəliyev deyib ki, Mirzəyevin qızı Cəmalə Moskvada küçədə yaşayır.

Onun Azərbaycanda evi olsa da, öz istəyi ilə ölkədən çıxıb. Hətta Zaurun iddiasına görə, Cəmalə Rusiyada yaşayan həmvətənlərimizin köməyini də qəbul etmir.

“Maraqlıdır ki, niyə qaçır? Orada yaşayan həmvətənlərimizin də yardımlarını qəbul etmir. Deyilənə görə, tez-tez yerini dəyişir, ortadan yox olur”, - deyə Zaur bildirib.

/bizim.media