Kiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev bugün məhv edilib.
Kanal.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb:
“Çeçenlərin Ukraynada itkiləri var. Mənbəmiz bildirir ki, Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır.”