Soçidə keçirilən KiViN-2022 beynəlxalq festivalından sonra AMİK (Aleksandr Maslyakov və komandası) qəbul etdiyi qərarları elan edib.
Kanal.az xəbər verir ki, Soçi festivalının nəticələrinə görə Premyer liqaya düşən 22 komandadan 4-cüsü adını dəyişən Bakı komandası (“Buta”) idi. Hazırda siyahı yenilənib və Bakı komandası öz adını tələb etdiyi üçün seçiminə uyğun olaraq, Premyer liqadan çıxarılıb.
Beləliklə, Premyer liqada 22 deyil, 21 komanda yarışacaq.
Azərbaycanı təmsil edən və öz adını bərpa edən “Şuşa” komandası isə yeni yaradılan Sankt-Peterburq liqasında təmsil olunacaq.
Qeyd edək ki, yeni qərarla 11 şəhərdəki yarışlar “KVN-in rəsmi liqası” statusundan məhrum edilib. Onlardan biri də Bakı – Azərbaycan liqasıdır.//axar.az