67fffaa451c1a202504254452

Bugünkü seldə həyatını itirən sahə rəisinin görüntüsü - FOTO

Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.

Kanal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, P.Həyatullayevin 4 övladı var.

Həlak olan şəxsin fotosunu təqdim edirik:

16:24

Ağsuda selin ekskavatoru aparması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan üç nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.