Bu şəxslərin maaşları ciddi şəkildə artırıla bilər - Nazir müavini
<p><b>Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların ictimai işlərdə işləyənlərin maaşının az olması ilə bağlı fikirlərinə münasibət bildirib.</b></p><p>Kanal.az xəbər verir ki, o, Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib ki, ictimai işlər ali təhsili olmayan vətəndaşlar üçündür.</p><p>"Biz həmin maaşları ola bilsin ki, minimum əməkhaqqından da ciddi şəkildə yuxarı qaldıra bilərik. Çünki əmək bazarında müəyyən ayrıseçkilik və digər neqativ hallar yoxdur", - nazir müavini qeyd edib.</p>