644b79b953bb4202304234601

Bu Qərb ölkəsindən ŞOK HƏMLƏ: Ermənistanı Əliyevin tələblərini qəbul etməsi üçün "küncə sıxıb"

“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir”.

Metbuat.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Vaşinqton Azərbaycan və Ermənistanın may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantı təsdiqləmələrini istəyir.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri də bununla bağlıdır.

Lakin Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, ABŞ-ın İrəvana təzyiqləri artıracağı gözlənilir.

Qeyd edək ki, E.Olson aprelin 18-də Ermənistana, bir gün sonra, aprelin 19-da isə Azərbaycana səfər edib. O, bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə liderləri ilə görüşüb. Müzakirələrin əsas mövzusu İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi olub.