ordu rusiya

Bu ölkə Ukrayna-Rusiya müharibəsinə qoşuldu - Rəsmən elan etdilər / Kiyevə gözlənilməz dəstək gəldi

Latviya vətəndaşları könüllü olaraq Ukrayna ordusu sıralarında Rusiyaya qarşı müharibəyə qoşula bilər.

Kanal.az İxlas agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviya parlamenti qərar qəbul edib. Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Latviya Ukraynanı və birgə təhlükəsizliyi müdafiə etmək üçün belə qərar verib.

Qeyd edək ki, buna qədər Latviya qanunları ölkə vətəndaşlarının başqa ölkənin ordusunda və ərazisində döyüşməyi qadağan edirdi.