644d8bcb507c1202304232739

"Bu, bizim qızımızdır" - Əliyevdən Fulya Öztürk barədə səmimi sözlər / VİDEO

Türkiyəyə səfər edən Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə "Togg" avtomobilini idarə edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev sükan arxasında olduğu zaman ona türkiyəli jurnalist Fulya Öztürk yaxınlaşıb. Dövlət başçısı Fulya Öztürklə bağlı fikirlərini Türkiyə Prezidentinə çatdırıb: "Fulya Öztürk İkinci Qarabağ Müharibəsində ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə ağladı, bizimlə sevindi. Bu, bizim qızımızdır".