6641ac563824d202405245950

Böyrəklərin təbii yolla müalicəsi - Şok effektlər

BakuPost.az rus mətbuatına istinadən böyrəklərin təbii yolla müalicə metodlarını təqdim edir:


Böyrəklər - elə bir nadir orqandır ki, bir sutka ərzində 200 litr qan özündən keçirərək təmizləyir. Bununla bərabər onlar çox həssasdırlar - keyfiyyətsiz içməli su, ziyanlı qidalar, müxtəlif xəstəliklər onlardan təsirsiz ötüşmür. Bəli, ümumiyyətlə, daxili orqanların istənilən xəstəlikləri, iltihabi və ya infeksiyalı olmasından asılı olmayaraq, böyrəklərə mənfi təsir göstərirlər. Buna görə də qan dövranı ilə bu qoşa orqana dərman preparatları və xəstəliktörədən mikroorqanizmlər də düşür. Heç şübhəsiz, böyrəklərə belə aqressiv təsirlər olunduqda, onda patoloji dəyişkənliklər əmələ gəlir - piolonefrit, qlomerulonefrit, çistit, sidik daşı xəstəlikləri. Ənənəvi tibb və xalq təbibləri böyrəklərdə əmələ gələn hər hansı çatışmamazlığı aradan götürmək üçün bitki müalicəsinə üstünlük verməyi məsləhət bilirlər. Çünki fitoterapiya zamanı böyrəklər yüklənmir, əksinə, bərpa olunur, onların funksiyası qaydasına düşür.