677fcd1c6f38c202501252028

Bir fincan kişmişli suyun möcüzəsi.

İnsanın sağlam həyat sürməsində qaraciyərin rolu əhəmiyyətli dərəcə də böyükdür. Belə ki, qəbil olunan zülalları orqanizmdə inteqrasiya edir və qanı təmizləyir. Son illər ən çox yayılmış qaraciyərin sirrozu, A, B və C hepatiti təhlükəli xəstəlik olmaqla insanları artıq dərəcədə narahat edir. Bu bəlaya düşməmək üçün qaraciyərin təmiz saxlaması xüsusilə vacibdir.


Artıq mütəxəssislər bunun yolunu tapıblar. Belə ki, insan orqanizmi çəkisindən asılı olaraq 1,5 və 2 litr suya ehtiyac duyur. İçilən suya kişmiş əlavə edib onu qəbul edəndə qaraciyəri təmizləmək olur. Mütəxəssislər apardığı təcrübələrə əsaslanaraq bu üsulu deyilən təhlükəli xəstəliyə qarşı effektli sayırlar.


Məhlulun hazırlama qaydası da asındır. Bunun üçün sadəcə bir qədər yaxşı qara kişmiş üzümü seçmək lazımdır. Yaxşı-yaxşı yuyub və onun bir fincanını qazana töküb üstünə 3 stəkan su əlavə edilir. 2 dəqiqə ərzində qaynadılır. Alınan hazır məhsul 24 saat suda saxlanılır. Ertəsi gün bu sudan bir fincan içilir. Onu da bildirək ki, hazır məhlulun isti, ilıq, soyuq qəbul etməsinin heç bir fərqi yoxdur. Əsas odur müalicə ən azı 2 gündən sonra öz müsbət nəticəsini göstərməyə başlayır. Müalicə bir həftə ərzində aparılanda tam olaraq onun yaxşı təsiri bilinir. Həm də kişmişli su içiləndə turşularının istehlakını azaldıb, eləcə alkoqoldan uzaq durmaq lazımdır.


Bundan əlavə mütəmadi olaraq quru qara kişmiş yemək saç tökülməsi, dəri xəstəlikləri, həmçinin oynaq ağrısına qarşı mübarizə aparmaqda ən yaxşı vasitə sayılır.