Baxçalı

Baxçalıdan şok xəbərdarlıq: Fransadan alınan qırıcılara çox güvənməyin - Türk milləti müharibəyə hazırdır

“Yunanıstanın silahlanma yarışı, Egey dənizində hüquqları pozması, Türkiyənin ərazilərinə iddia qaldırması qəbuledilməzdir”.

Metbuat.az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı belə sərt açıqlama verib. O bildirib ki, PKK və FETÖ terrorçularına sığınacaq verən Yunanıstan Türkiyənin səbrini yoxlamağı təcili dayandırmalıdır:

“Fransadan aldıqları təyyarələrə çox güvənməsinlər. Heç kim bizə güc nümayiş etdirməsin. Egey ya sülh dənizi olacaq ya da, türk milləti daha bir zəfərə qanı və canı ilə imza atmağa hazır olmalıdır”.