
Baş Qərargah: Rusiyanın on beş hava hədəfi vurulub
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 29.04.2022-ci il saat 6.00-da Rusiyanın işğalı ilə bağlı yaydığı operativ məlumatında deyilir.
"Ötən gün Ukrayna hərbçiləri tərəfindən on beş hava hədəfi vurulub ki, bunlardan biri təyyarə, beşi qanadlı raket və doqquzu operativ-taktiki pilotsuz uçuş aparatı olduğu bildirilir.
Donetsk istiqamətində düşmən bütün təmas xətti boyunca artilleriya, minaatan və çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə mövqeləri atəşə tutur. Məqsəd qoşunlarımızın yenidən qruplaşmasının qarşısını almaq olub", - deyə məlumatda qeyd edilir.
Verilən məlumatda həmçinin, rus işğalçıları Mariupolda "Azovstal" zavodunun ərazisindəki bölmələrimizi mühasirədə saxlamağa davam edir. Rusiya hərbçiləri zavodun binasına girməyə cəhd edirlər. Ukraynalı ordusunun ərazidə olan hissəsi isə bəzi istiqamətlərdə əks-hücumlar təşkil etməklə fəal mobil müdafiə aparır, mühasirəni yarmağa çalışırlar.
"Mariupolda vəziyyət hər keçən gün daha da çətinləşir. Orada olan insanların zəruri ərazq, dərman və su ehtiyatları tükənir. Mülki əhali arasında bəzi xəstəliklərin yayılması barədə xəbərlər gəlməkdədir. Yaralıların müalicəsi üçün lazımi dərman və avadanlıqlar çatmır",- deyə məlumatda bildirilir.
Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutka ərzində düşmənin doqquz hücumu dəf edilib, altı tank, bir artilleriya sistemi, on iki zirehli texnika, bir avtomobil və bir zenit silahı məhv edilib.
- Dünya
- 29 Aprel 2022