65bfa0b62676e202402243534

Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT - Azərbaycanda DƏHŞƏTLİ OLAY

şəhərində olan evimizə apardı. Birlikdə orada yaşamışıq”.
“Qayınanam və baldızımdan polisə şikayət etdim”
Tünzalə Musayeva qeyd edib ki, Bakıda yaşadıqları müddətdə qayınanası və baldızı tərəfindən döyülüb: “2015-ci ilin martın 2-də qayınanam və baldızım məni döydükləri üçün onlardan Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etdim. Sonradan ərizəm əsasında qayınanam və baldızım barədə cinayət işi başlanaraq məhkəməyə göndərildi. Bundan sonra Vazeh məni Şəki rayonunun Bideyiz kəndində yaşadığımız evə gətirdi. Həmin vaxtdan Vazehlə birlikdə yaşamışam”.
“Qayınanam anamın və bacımın pozğun olduğunu dedi”

qayıtdım. Həmin gün, saat 14.30-da qayınanam, ertəsi gün isə qayınatam Bakı şəhərinə getdilər”.
Zərərçəkmişin ifadəsinə görə, 5 yanvar 2016-cı il tarixdə qayınanası Bakı şəhərindən geri qayıdıb: “Həmin gün saat 13 radələrində qayınanam ilə yenə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam və Vazeh yumruq, şillə ilə başıma vurdular. Sonra hər ikisi Şəki şəhərinə yas mərasiminə getdilər. Saat 17-də halım pisləşdiyi üçün yatdım. Bu zaman anam, əmim və yeznəm bizə gəldilər. Anamgil qayınanam və ərimin məni döyərək xəsarət yetirdiklərini gördükləri üçün təcili tibbi yardım stansiyasına zəng vurdular. Bir qədər sonra anam məni təcili tibbi yardım avtomobili ilə Şəki rayon Mərkəzi Xəstəxanasına apardı”.
“Mənə etdikləri əzablara dözmüşəm”
Tünzalə Musayeva qeyd edib ki, təqsirləndirilən şəxslərlə barışmayıb, onlardan şikayətçidir: “Onlar məni hamilə vaxtıda döyüblər, ac-susuz saxlayıblar. Ona görə uşağım da xəstələnib. Hamilə vəziyyətində döyüldüyü üçün Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmişəm. Qayınanam məni pozğun adlandırıraq həmişə mübahisə edib, döyülməyimin səbəbini anlaya bilməmişəm. Zaman keçdikcə mənimlə yaxşı dolanacaqlarına ümüd edərək, bu qədər vaxt ərzində ərim və onun ailəsinin mənə etdikləri əzablara dözmüşəm”.
“Gəlinimi döyməmişəm”

Təqsirləndirilən şəxs Aybəniz Musayeva ifadəsində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Gəlinim Tünzalə Musayevanı döyməmişəm. Onun bizim tərəfimizdən döyülməsi barədə heç bir sübut, şahid yoxdur. Tünzalə Musayevanın dedikləri hamısı yalandır, anası ilə qurduğu oyundur. Mən gəlini döymək üçün almamışdım. Maşa ilə vurulan göz partlayıb tökülməlidir. Tünzalənin gözü isə bir balaca göyərib”.
“Tünzalənin nərdivandan yıxılmasını görməmişəm”
Aybəniz Musayeva qeyd edib ki, yanvarın 5-də anasının yasında olub: “Tünzalənin niyə bizdən şikayət etdiyini bilmirəm. Ekspert rəyi ilə razılaşmıram, özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilmirəm. Oğlumun evinə getməmişəm, 40 gün anamın yasında olmuşam. Bundan sonra Bakıya qayıtdım, bir də yasın 52-ci günü Şəkiyə gəlmişəm. Anamın ölumünün 40-cı günündən sonra Bakıya tək getmişəm. 52-ci gündən sonra isə ərimlə getmişəm. Tünzalə 40-cı polis bölməsinə şikayət edərkən də yalan danışmışdı. Tünzalənin məndən 40-cı polis bölməsinə nəyə görə şikayət etdiyini bilmirəm. Tünzalənin üzərində aşkar edilmiş xəsarətlər onun nərdivandan yıxılmasından əmələ gəlib. Tünzalənin nərdivandan yıxılmasını görməmişəm. Bunu mənə oğlum deyib”.
“Bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anasıdır”
Digər təqsirləndirilən Vazeh Musayev də elan olunmuş ittihamda özünü təqsirli bilməyib: “Tünzaləni döyməmişəm. Dekabrın 27-də yumurtaları götürmək üçün nərdivanla tövlənin çardağına çıxmışdı. Həmin gün qar yağmışdı. Tünzalə çardaqdan düşən zaman nərdivanın ayağı sürüşdüyü üçün nərdivandan yerə yıxıldı. Tünzalə yerə yıxılan zaman sağ gözü nərdivanın ayağına dəydi. Onu evə apardım. 2-3 saat dincəldikdən sonra Tünzalə yenə öz işləri ilə məşğul oldu. Dekabrın 31-də isə Tünzalə icazəmlə anasıgili telefon vasitəsilə təbrik etdi. Tünzalənin dediyi kimi, ona pis davranmamışam. Bütün problem, bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anası Sədaqət Cəlilovadır. O, bizim bütün işlərimizə qarışıb, hökmranlıq etmək istəyirdi. Anası Sədaqət Tünzaləni “doldurduğu” üçün o, bizdən şikayət edib”.
Ana və oğlun cəzası
Şəki rayon Məhkəməsinin hökmü ilə Vazeh Musayev 1 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək qəti imkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilən Aybəniz Musayevanın barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.
Hər iki təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Tünzalə Musayeva da apelyasiya şikayəti verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişin şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb. (publika.az)