64022abcba118202303231332

Bakıda rəzillik - Qadınları əxlaqsızlığa cəlb etdi

Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

Kanal.az-ın məlumatına görə, A. Ömərova Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan 4 qız var. Əldə etdiyimiz məlumata görə, 29 yaşlı A. Ömərova öz cinayətkar fəaliyyətini “Whatsapp” tətbiqi vasitəsilə həyata keçirib. Belə ki, o, həmin şəbəkə vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.

Məhkəmənin qərarı ilə A. Ömərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir. / lent.az