64ccb3bbccb8a202308231555

Bakıda DƏHŞƏT: iki şəxs küçədə uşağı döyüb videoya çəkdilər / VİDEO

Bakıda naməlum şəxslər uşağa qarşı şiddət göstərib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, azyaşlı marketin önündə oturan zaman iki nəfər naməlum şəxs ona yaxınlaşaraq zorakılıq göstəriblər. Onlar çirkin hərəkətlərini bir neçə dəqiqə davam edib, hətta birinin döyməyini digəri telefonla lentə alıb. Hadisənin hansı ərazidə baş verdiyi məlum olmasa da məsələyə polis qarışıb. 

DİN-in mətbuat xidmətindən görüntülərlə bağlı qeyd olunub ki, araşdırma aparılır. 

Sözügedən videonu təqdim edirik: